Ermənistandakı seçkilərlər bağlı cinayət işi açılıb

Ermənistandakı seçkilərlər bağlı cinayət işi açılıb

Ermənistan parlamentinə keçirilən seçkilərdə qeydə alınmış qanun pozuntuları faktı üzrə 6 cinayət işi açılıb. SİA "armeniasputnik.am"a istinadən xəbər verir ki, cinayət işi üzrə bir nəfər həbs olunub. Baş Prokurorluğun məlumatınada bildirilib ki, 392 müraciət üzrə seçki cinayəti əlaməti müşahidə edilib: "Onlardan 121-i başqasının yerinə səs vermə və ya təkrar səs vermə, 115-i seçicinin özünüifadə hüququna maneə, 77-si gizli səsvermə hüququnun pozulması, 63-ü KİV nümayəndələrinin, komissiyanın, müşahidəçilərin fəaliyyətinə əngəl törətmə, 15-i rüşvət verməyə cəhd və biri seçici siyahısının tərtib olunması zamanı pozuntuya yol verməklə bağlı olub".

Bütün xəbərlər Facebook səhifəmizdə