Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin salonunda, ön panelin sağ hissəsində yerləşən barın içərisində bir ədəd bükümdə, xalis çəkisi 36,873 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB