28000 ədəd siqaret aşkar olunub

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarzə şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal-gömrük nəzarəti zonasında Rusiya Federasiyası istiqamətindəngələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 28000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə