Xudatda yanğın olub

Dünən Xudat şəhəri ərazisində yanğın baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın Müqtədir qəsəbəsi ərazisində qeydə alınıb.

5 hektar ərazidə qamışlıq sahə yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin və Xudat Dövlət Yanğından mühafizə bölməsinin yanğınsöndürənləri cəlb olunub. Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Yanğının səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə