Cəlilabadda at kəsiminin qarşısı alınıb

Cəlilabadda at kəsiminin qarşısı alınıb

Cəlilabad rayonunun Maşlıq kənd sakini Səbuhi Abbasova məxsus təsərrüfat sahəsinə baxış keçirilərkən kəsimə hazırlanan 29 at, habelə kəsilmiş halda olan 31 ədəd at başı və ayaqları aşkar edilib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi, Cəlilabad RPŞ və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması məqsədilə Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində kənd sakini Səbuhi Abbasova məxsus təsərrüfat sahəsinə baxış keçirilərkən oradan kəsimə hazırlanan 29 at, habelə kəsilmiş halda olan 31 ədəd at başı və ayaqları aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə