Astarada yük avtomobili yanıb

Astara rayonu, Təngərüd kəndində vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilinin mühərrik və salon hissəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissələr yanğından mühafizə olunub.

Yanğın saat 02:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə