Dünən gecə saatlarında Abşeron rayonunda güllələnmə hadisəsi baş verib. Ölkə.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, 280-ci məhəllə adlanan ərazidə qeydə alınıb. Həmin ərazidə naməlum şəxslər bir nəfəri güllələyib. Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxslər qara maskada olublar. Güllələnən şəxsin iş adamı olduğu deyilir.
Hadisə ilə bağlı Xırdalaş şəhər Təcili Tibbi Yardım Stansiyasına çağırış olub. Stansiyadan həmin şəxsin həyatda olub-olmaması barədə məlumatın olmadığı deyildi. Hadisəni Xırdalan şəhər Polis İdarəsindən təsdiqlədilər. Polis hazırda güllələnən şəxsin kimliyi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB