Keçmiş arvadını qətlə yetirən şəxs təslim olub

Keçmiş arvadını qətlə yetirən şəxs təslim olub

Keçmiş arvadı Aysel Cəlilovanı qətlə yetirmiş Qobustan rayon sakini İsrail Cəlilov könüllü olaraq təslim olub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 29-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Aysel Cəlilovanın evinə gələn keçmiş əri, Qobustan rayon sakini İsrail Cəlilov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. A.Cəlilova aldığı xəsarətdən hadisə yerində ölüb.

İ.Cəlilov könüllü olaraq 6-cı PB-yə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə