Ucarda ölümlə nəticələnən qəza olub

Ucarda ölümlə nəticələnən qəza olub

Ucar rayonunun Müsüslü kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 28-də saat 5 radələrində Ucar rayonunun Müsüslü kəndində Sumqayıt şəhər sakini Fərrux Ramazanov idarə etdiyi "Hyundai" markalı yük avtomobilini qarşıda gedən Gədəbəy rayon sakini Yaşar Hüseynovun idarə etdiyi "Hovo" markalı avtomobilə vurub. F.Ramazanov hadisdə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə