Şəmkirdə gənc qız zəhərlənib

Şəmkirdə gənc qız zəhərlənib

Şəmkir rayonunda sirkə turşusundan zəhərlənmə faktı qeydə alınıb. Yeni Həyat kənd sakini 1999-cu il təvəllüdlü Orucova Telli Nazim qızı dərhal rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə