Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 10 ədəd "Samsung" markalı mobil telefon, mobil telefonlarda istifadə üçün nəzərdə tutulan 11 ədəd adapter, 8 ədəd batareya , 8 ədəd qulaqcıq və iki ədəd mobil telefon qutusu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB