Şabranda səkkiz otaqlı ev yandı

Şabranda səkkiz otaqlı ev yandı

Bu gün saat 17:30 radələrində Şabranın Xırdaoymaq kəndində kənd sakini Azad Alışova məxsus 2 mərtəbəli, 8 otaqlı evdə yanğın başlayıb. Yanğın nəticəsində ümumi sahəsi 176 kv m olan yaşayış evi əşya və avadanlıqları ilə birgə tam yanıb, yalnız divarı qalıb. Onun sözlərinə görə, ona yanğın nəticəsində 40 min manata yaxın ziyan dəyib. Ev sahibi yanğınsöndürənlərin hadisə yerinə gecikdiyini söyləyərək, "vaxtında gəlsəydilər, evdə baş verən yanğını vaxtında söndürmək mümkün olardı" - deyib.

Hadisə ilə bağlı səslənən ittihamlara FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mirağa Bayramovdan mövqe aldıq. Qurum rəsmisi bildirdi ki, hadisə barədə zərərçəkən dərhal nazirliyin mərkəzi ofisini məlumatlandırıb, saat 18:51-də bizə məlumat gələn kimi dərhal 2 yanğınsöndürən avtomobil və canlı qüvvə hadisə yerinə yollanıb. Rayon mərkəzindən 28 km aralıda yerləşən Xırdaohmaq kəndinə saat 19.15-də heyətimiz çatıb və 19.35-də yanğın lokallaşdırılıb.

"Heç bir gecikmədən söhbət gedə bilməz" - deyən FHN-nin rəsmisi dəyən ziyanın araşdırılmasına başlanıldığını bildirib. İlkin olaraq yanğının çiy kərpicdən yeni tikilən evin 2-ci mərtəbəsində olan otaqdakı odun sobasından başladığı bildirilir. Hadisə zamanı ailə üzvləri evdə olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə