Müəssisələrə narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə aparılır. SİA-nın verdiyi məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və tabe qurumların birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərinin nəticəsində Novruz Bayramı günlərində 6 mobil telefon, habelə narkotik maddə və uyuşdurucu dərman preparatlarının müəssisələrə keçirilməsinin qarşısı alınıb.
Belə ki, Cinayət Məcəlləsinin 179.3.2 və 62-ci maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş və 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Axundov Nahid Zahid oğlu ilə qısamüddətli görüşə gəlmiş əmisi oğlu Lənkəran şəhər sakini Axundov Fuad Mahmud oğlunun üstünə və əşyalarına baxış keçirilən zaman cibindən çəkisi 0.12 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Həmin müəssisədə saxlanılan, Cinayət Məcəlləsinin 182.2.3 və 67-ci maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mirverdiyev Nəsib İltifat oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Lənkəran şəhər sakini Mirverdiyev Mirxəlil İltifat oğlunun üstünə və əşyalarına baxış keçirilən zaman cibindən içərisində danışıq kartı olan "Samsung" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 228.1.2 və 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş edilmiş Emçiyev Rəsul Nəcməddin oğlu ilə qısa müddətli görüşə gəlmiş bacısı Balakən rayon sakini Emçiyeva Zərifə Nəcməddin qızının üstünə və əşyalarına baxış keçirilən zaman cibindən içərisində danışıq kartı olan "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Həmin müəssisədə saxlanılan, Cinayət Məcəlləsinin 120.2.2 və 121.2.1-ci maddələrinə əsasən həbs edilmiş Nəhmədov Elnur Balamirzə oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Zülfüqarov İsa Mövsüm oğlunun üstünə və əşyalarına baxış keçirilən zaman cibindən içərisində danışıq kartı olan "İ-Phone" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Həmin müəssisədə saxlanılan, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş Əsədullayev Elşən Əflatun oğlunun üstünə baxış keçirilən zaman cibindən 4 ədəd tramadol dərman həbi aşkar edilərək götürülüb.
2 saylı istintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən həbs edilmiş edilmiş Tağıyev Samir Müzəffər oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Şəmkir rayon sakini Tağıyev Həsən Müzəffər oğlu və yaxın qohumları Əlizadə İlkin Fariz oğlu və Əmiraslanov Orxan Zakir oğlunun üstlərinə və əşyalarına baxış keçirilən zaman narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilmiş və 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Qurbanov Ramil Şəmşir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Ağstafa rayon sakini Qurbanova Şəhla Qələndər qızının üstünə və əşyalarına baxış keçirilən zaman əl çantasından içərisində danışıq kartı olan "Samsung" markalı mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı naqil və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 12.1,279.1; 12.3,28,214.2.1; 12.3,28,214.2.3; 12.1,218.2 və 66.3-cü maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilmiş və 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Balakişiyev Mehman Pirbala oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Sumqayıt şəhər sakini Balakişiyeva Tərgül Qədəşbala qızının üstünə və əşyalarına baxış keçirilən zaman cibindən içərisində danışıq kartı olan "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələrinə əsasən 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Səmədov Vüsal Vidadi oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Səmədova Həqiqət Ələsgər qızının üstünə və əşyalarına baxış keçirilən zaman gödəkçəsinin astarında gizlədilmiş 5 ədəd tramadol dərman kapsulu aşkar edilərək götürülüb.
Faktlar üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB