Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nefçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanıb.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə