Ucarda yük avtomobili toqquşub ölənlər var

Ucarda yük avtomobili toqquşub ölənlər var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ucar rayonu, Müsüslü kəndində "HYUNDAİ" və "HOWO" markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "HYUNDAİ" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Ramazanov Fərrux İsmayıl oğlunun cəsədini çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 06:00-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə