Novruz bayramı günlərində tonqaldan 8 nəfər xəsarət alıb. Bu barədə SİA-ya Respublika Yanıq Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, martın 19-dan martın 25-dək 7 nəfər uşaq və 1 nəfər gənc müxtəlif yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər: "Onlar Bakının müxtəlif ərazilərində yandırılan bayram tonqallarında yanıq xəsarətləri alıblar. Xəsarət alanlardan ən kiçiyi 3 yaşlı olub. Uşaqlar ilkin tibbi yardımdan sonra evə buraxılıblar. 17 yaşlı gənc oğlan isə üzünün hər iki nahiyəsindən yanıq xəsarəti aldığı üçün ona stasionar yardım göstərilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB