Masallıda ölümlə nəticələnən hadisə baş verib

Masallıda ölümlə nəticələnən hadisə baş verib

Masallı şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 26-da saat 5 radələrində Masallı şəhərində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Vüsalə Cavadova vurulub və nəticədə piyada hadisə yerində ölüb. Hadisəni törədən "QAZ-32213" markalı avtomobilin sürücüsü - Ərkivan qəsəbə sakini Əzizəli Həşimov könüllü RPŞ-yə gələrək təslim olub.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə