Sumqayıt şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 26-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini İsrail Fərəcullayev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sərnişini Rövşən Yusifli hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB