Dünən Ucar rayonunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ucar rayonu, Qarabörk kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın dünən saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB