Bakıda yanğın
Bakıda yanğın qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 4 otaqlı evin bir otağının döşəməsi 2 m2 sahədə və ev əşyaları 3 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə