Sərdar Ortacın konsertində bomba həyəcanı

Sərdar Ortacın konsertində bomba həyəcanı

Bu gün Bolqarıstanın Svilenqrad şəhərində özəl bir əyləncə mərkəzi bomba xəbərdarlığı ilə əlaqədar boşaldılıb. SİA-nın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı yazır.

Məlumatda bildirilir ki, türkiyəli müğənni Sərdar Ortaçın konsert verməsi planlaşdırılan əyləncə mərkəzi müğənninin səhnəyə çıxmasına bir neçə dəqiqə qalmış həyəcan siqnalı ilə boşaldılmağa başlanıb. Yüzlərlə polis əyləncə mərkəzinin yerləşdiyi bölgəyə göndərilib, təhlükəsizlik tədbirləri görülür. Bolqarıstan hakimiyyəti əyləncə mərkəzində bomba olması barədə məlumatın hansı mənbədən daxil olduğunu hələ açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə