Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Keşlə dəmir yolu stansiyası ərazisində Abşeron rayon sakini Orxan Əliyevdən nömrəsi silinmiş "Makarov" markalı tapança və həmin tapançaya aid 3 ədəd patron götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, digər bir silah isə Neftçala rayon sakinindən götürülüb.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə martın 21-də Qaçaqkənd kənd sakini Elçin Məmmədovun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan "İJ-12" markalı tüfəng və 43 ədəd patron aşkar edilərək götürülüb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB