DİN qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN qətl hadisəsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) "Qanlı göl" adlanan ərazidə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın verdiyi xəbərə görə, məlumatda bildirilib ki, martın 23-də Yasamal rayonunun "Qanlı göl" adlanan ərazisində Ağdaş rayon sakini Əkbər Quliyev münaqişə zəminində arvadı Firuzəni bıçaqla qətlə yetirib.

Ə.Quliyev könüllü Yasamal Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə