Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Zaur Musayevin idarə "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən 1942-ci il təvəllüdlü Mehdiyev Telman Daşalı oğlunu vurub. Nəticədə 75 yaşlı kişi hadisə yerində keçinib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə aparılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən sürücünün izahatı alınıb və avtotexniki ekspertiza təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB