Xaçmazda 4 otaqlı evdə yanğın olub

Xaçmazda 4 otaqlı evdə yanğın olub

Dünən Xaçmazda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qusarçay kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə