Bu gün günorta saatlarında Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində yanğın hadisəsi qeydə alınıb. Vətəndaş Səbuhi Vəliyevin idarə etdiyi BMW markalı minik avtomobili hərəkətdə olan zaman alışmağa başlayıb. Avtomobildə olan sərnişinlər və sürücü dərhal avtomobili tərk edib, xəsarət alan olmayıb. Minik vasitəsi yanaraq yararsız hala düşüb.
Qeyd edək ki, Səbuhi Vəliyev Azərbaycan Cudo Döyüş Növləri Federasiyasında çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB