Bir ailənin dörd üzvü dəhşətli qəzaya düşdü

Bir ailənin dörd üzvü dəhşətli qəzaya düşdü

Cəlilabadda baş verən avtoqəzada ölən və yaralananların kimliyi məlum olub. İlkin məlumata görə, "VAZ-2106" markalı minik avtomaşını ilə "Chevrolet" markalı minik avtomobilinin toqquşması nəticəsində Masallı rayon Ərkivan qəsəbəsinin sakinləri, 37 yaşlı Pərviz Abbas oğlu Xəlilov, 48 yaşlı Səbiyyə Ağalı oğlu Xəlilov ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Cəlilabad sakinləri, 46 yaşlı Zərxanım Xanış qızı Əhmədova, 51 yaşlı Azay Süleyman oğlu Əhmədov, Masallı sakinləri, 55 yaşlı Famil Kamil oğlu Xəlilov, 16 yaşlı Əsəd Kamil oğlu Xəlilov isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə