Sankt-Peterburqun Leninqrad vilayətində məktəblilərlə dolu olan avtobus aşaraq yarğana yuvarlanıb. SİA xəbər verir ki, bu barədə TASS agentliyi yazır. Təcili yardımdan bildirilir ki, qəza Yaneqa yaşayış məntəqəsi yaxınlığındakı Lodeynopol rayonunda baş verib.
Hüquq-mühafiə orqanlarının dediyinə görə, avtobusda 18 məktəbli olub. Yalnız bir nəfər müşaiyətçi ciddi xəsarətlər alıb və uşaqlar rayon xəstəxanasına aparılıblar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB