Sabirabadda evdə partlayış olub

Sabirabadda evdə partlayış olub

Sabirabad rayonunda evdə yanğın hadisəsi baş verib. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış qeydə alınıb. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə