Sabunçuda 34 yaşlı ruhi xəstə intihara cəhd edib

Sabunçuda 34 yaşlı ruhi xəstə intihara cəhd edib

Bakının Sabunçu rayonunda 34 yaşlı kişi intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə şəhər şosesi döngə 5-də qeydə alınıb. Həmin ünvanda yaşayan 34 yaşlı Nəzər Nuriyev intihar etmək məqsədilə qarın nahiyyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

O, bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Nəzər Nuriyevin ruhi xəstə olduğu bildirilir. Bundan əvvəldə 4 dəfə intihara cəhd etdiyi qeyd edilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə