Lənkəranda evə girən oğrular ev sahibini ağır yaralayaraq qaçıblar. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Xulmili kəndində, 1950-ci il təvəllüdlü Vahab Səfərov Xalıq oğluna məxsus evdə baş verib. Ev sahibi oğrulara müqavimət göstərərkən küt alətlə başından vurulub. Hadisədən dərhal sonra yaralı Lənkəran Rayon Mərkəzi xəstəxanasına gətirilib. Güclü kəllə-beyin travması alan V.Səfərovun vəziyyətinin ağır olduğu bildirilir.
Hələ ki hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB