Xəzər rayonunda 3 otaqlı ev yanıb

Xəzər rayonunda 3 otaqlı ev yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü 15 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə