Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 15-də saat 9 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Elvin Əliyev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən qəsəbə sakini Esmira Musayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə