Metro tunelində tüstülənmə baş verib Sərnişinlər təxliyyə olundu-FOTOLAR

Metro tunelində tüstülənmə baş verib Sərnişinlər təxliyyə olundu-FOTOLAR

Bir neçə dəqiqə əvvəl Bakı metrosunda problem yaranıb. Bu barədə SİA-ya hadisə yerində olan əməkdaşı məlumat verib. Həzi Aslanov istiqamətində hərəkət edən qatar "28 May-Gənclik" stansiyaları arasında tuneldə dayanıb.

Sərnişinlər təxliyyə olunub. "Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev SİA-ya açıqlamasında bildirib ki, "28 May-Gənclik" stansiyaları arasında tuneldə tüstülənmə baş verib: "Qatarların hərəkətində heç bir problem yoxdur. Hazırda qurumun işçiləri tuneldə tüstülənmənin səbəbini araşdırır. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə