Mardində PKK hücumu iki əsgər şəhid olub

Mardində PKK hücumu iki əsgər şəhid olub

Türkiyədə, Mardin-Diyarbəkir magistralının Mazıdağı Üçyol bölgəsindən keçən hissəsində PKK terrorçularının əvvəlcədən hazırladıqları bombanı təhlükəsizlik qüvvələrinin hərəkəti zamanı işə salmaları nəticəsində iki əsgər şəhid olub.

Anadolu Agentliyi xəbər verir ki, terror aktından sonra bölgədə hərbi hava qüvvələrinin dəstəyi ilə genişmiqyaslı əməliyyat başlanıb.

Partlayışdan dərhal sonra magistralda hərəkət dayandırılıb. Jandarm qüvvələri hadisə yerində təhqiqat aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə