Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İslam Bağırov saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 7-də Bakı şəhər sakini Fəridə Niftəliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Opel" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini İslam Bağırov saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB