Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 6 evə baxış keçirilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) SİA-ya verilən məlumata görə, baxış zamanı 944 ədəd qəlpə, 7 ədəd partlamamış hərbi sursat (2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) və 5 ədəd TM-62P3 minasının gücləndiricisi) və 3 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, nəticə etibarilə 62 648 kv.m ərazi (5 148 kv.m əl ilə, 16 500 kv.m mexaniki üsulla və 41 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB