Hacıqabulda baş verən avtoqəzada 55 yaşlı qadın ağır xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının 130-cu kilometrliyində Hacıqabul rayonu ərazisində "Hyundai" markalı 90 CH 025 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan Vladivostok vilayətindən olan Rusiya vətəndaşı, 1962-ci il təvəllüdlü Qasanova İrina Alekseyevna ağır kəllə-beyin travması diaqnozu ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB