"Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin 2-si Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbələri olub". Bu barədə SİA-ya Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli məlumat verib.
O bildirib ki, Quliyev İbrahim və Nəsibov İbrahim universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri olublar.
Onun sözlərinə görə, qəza nəticəsində ölən və xəsarət alanların əksəriyyəti universitetin tələbələri olub: "Onlardan yarısı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bəziləri isə Bakıda yerləşən Klinik Tibbi Mərkəzə aparılıb. Qəza nəticəsində yaralanan tələbələrimizin çoxu Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsində müalicə olunurlar. Vəziyyətləri yaxşıdır".
Universitetin mətbuat xidmətinin rəhbəri əlavə edib ki, qəzaya uğrayan "Ford-tranzit" markalı avtobus ali məktəbin marşrutu olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB