Qəzada ölənlərin sayı 5-ə çatdı SON XƏBƏR

Qəzada ölənlərin sayı 5-ə çatdı SON XƏBƏR

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5 nəfər çatıb. Bu barədə SİA-ya Səhiyyə Nazirliyi mətbuat xidmətinin nümayəndəsi Cavid Xəlilov məlumat verib.

Onun sözlərinə görə, yaralılardan 17 nəfəri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 4 nəfəri isə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib: "Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb".

Xatırladaq ki, səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Qəza "Ford-Tranzit" markalı avtobus yolun kənarında dayanan yük avtomobilinə çırpılması nəticəsində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə