Beyləqanda 4 otaqlı evdə yanğın olub

Beyləqanda 4 otaqlı evdə yanğın olub

Dünən Beyləqan rayonu, Birinci Şahsevən kəndində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə