Bakıda 2 otaqlı ev yanıb

Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 12 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə