Bakıda daha bir yanğın hadisəsi olub

Bakıda daha bir yanğın hadisəsi olub

Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. Bu barədə FHN-nin saytında yerləşdirilən məlumatda deyilir. Məlumata əsasən, yanğın şəhərin Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan kafedə baş verib. Nəticədə kavenin çöl tərəfindən divarına çəkilmiş alkopandan ibarət üzlüyü və lambirdən ibarət tavanı 16 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə