Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-dən 25-dək olan müddətdə Türkan qəsəbəsindəki 2 evdən 4.000 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Rəvan Məmmədov və Təmraz Quliyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.
SİA-nın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 4-də rayon ərazisindəki evlərdən birindən 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Zamiq Bəkirov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB