Mosulun hökumət binaları İŞİD-dən alınıb

Mosulun hökumət binaları İŞİD-dən alınıb

İraqda təhlükəsizlik qüvvələri Mosulda bir neçə əsas inzibati binanı ələ keçirib. SİA "cnnturk"ə istinadən xəbər verir ki, bu barədə İraq ordusunun polkovniki Əbdel Əmir əl-Mehdavi məlumat verib. Onun sözlərinə görə, İraq ordusu İŞİD-in əlində olan qubernatorluq binası daxil olmaqla ətrafdakı bir neçə hökumət binasını ələ keçirməyi bacarıb. Əməliyyatlar zamanı bir çox İŞID yaraqlısı öldürülüb.

Qeyd edək ki, ötən ilin oktyabrında Mosulun azad edilməsi əməliyyatına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə