Şirvan şəhərinin T.İsmayılov küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 6-da saat 01 radələrində Şirvan şəhərinin T.İsmayılov küçəsində müəyyən edilməyən avtomobillə şəhər sakini Rüstəm Abışov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB