Neftçalada 8 otaqlı evdə yanğın olub

Neftçalada 8 otaqlı evdə yanğın olub

Dünən Neftçalada yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə