Şirvanda piyadanı avtomobil vurub

Şirvanda piyadanı avtomobil vurub

Dünən Şirvanda piyadanı avtomobil vurub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "VAZ 2107" markalı, "90 KS 217" dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən şəhər sakini, 1958-cü il təvəllüdlü Əliyeva Seyidxanım Seyidağa qızını vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırıb. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə