Bərdədə ev, Qubada isə minik avtomobili yanıb

Bərdədə ev, Qubada isə minik avtomobili yanıb

Bərdədə birmərtəbəli evdə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib. Məlumata əsasən, rayonun Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 kvadratmetr olan üçotaqlı evin bir otağının tavanı yanıb. Alovun evin qalan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Quba rayonunun Susay kəndində isə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə