Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə dünən şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. "Mercedes" və "Lada Priora" markalı avtomobillərin toqquşması nəticəsində "LADA"-da olan sərnişin 1988-ci il təvəllüdlü Anar Kazımov üz nahiyəsindən xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə